İran hökuməti britaniyalı media işçisini həbs edib

OXUNUB: 266 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İran Londonda yerləşən müxalif media təşkilatı "İran İnternational" televiziyasında işlədiyi iddia edilən şəxsin saxlanıldığını açıqlayıb. İranın yarı rəsmi Tesnim Xəbər Agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Kəşfiyyat İdarəsi Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində İran Beynəlxalq Televiziyasında çalışan "baş zabitlərdən birini” saxlayıb. Xəbərdə adı açıqlanmayan şəxsin ölkədəki nümayişlər zamanı sosial şəbəkələrə səslənərək "ictimaiyyəti təhlükəsizlik əleyhinə hərəkətlərə, vandalizmə sövq edən və şəhərin təhlükəsizliyinə xələl gətirən bir çox hərəkətlər” etdiyi bildirilib.

7NEWS.az

RƏYLƏR