7NEWS.az xəbər verir ki, Tehran Universiteti Seysmologiya Mərkəzindən verilən yazılı açıqlamaya görə, episentri Kunq şəhərində olan 5,7 bal gücündə zəlzələ yerli vaxtla saat 18:47-də qeydə alınıb. Zəlzələnin yerin 16 kilometr dərinliyində baş verdiyi bildirilib. Zəlzələdə can və ya mal itkisinin olub-olmadığı barədə hələlik məlumat yoxdur.
7NEWS.az