İranda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baç verib : 1 ÖLÜ

OXUNUB: 268 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İranın Kerac şəhərində Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişən Hadis Nəcəfinin ölümünün 40-cı günündə etiraz aksiyaları keçirilib. Etirazçılar Nəcəfinin məzarının yerləşdiyi Kərəcdəki Səkinə qəbiristanlığına toplaşaraq "Lənət olsun diktator” şüarları səsləndiriblər. Fəallar Tehran-Kərəc və Kərəc-Qəzvin magistrallarını hərəkətə bağlayarkən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb. Nümayişçilər polis maşınlarına daşla hücum ediblər. Baş verən hadisələrdə İran İnqilab Keşikçiləri Korpusunun Əsas milislərindən 1 nəfər həyatını itirib, 2-si ağır olmaqla ümumilikdə 5 polis əməkdaşı yaralanıb.

7NEWS.az

RƏYLƏR