İranda polis gənc qadının gözünə atəş açdı: “Ən son gördüyüm gülüşü oldu”

OXUNUB: 215 Özəl DÜNYA
İranda polisin açdığı atəş nəticəsində universitet tələbəsi Qəzal Ranjkeş sağ gözündən güllə yarası alıb.

7NEWS.az xəbər verir ki, İranda etirazçılara atəş açan təhlükəsizlik qüvvələri hüquq fakültəsi tələbəsi olduğu öyrənilən Qəzal Ranjkeş adlı gənc qadını gözündən vurub. Yaxın məsafədən vurulan gənc qadın sağ gözünü itirib.

Ranjkeş sosial media hesabında "Sağ gözü ilə gördüyü son şey onu vuran agentin təbəssümü oldu" yazaraq, "Gözlərim gözəl idi, hamı bunu deyirdi" deyib.

Qəzal Ranjkeşin Bəndər Abbas şəhərində yaşayan hüquq tələbəsi olduğu və evindən işə gedərkən polis tərəfindən güllələndiyi öyrənilib.

7NEWS.az

RƏYLƏR