İranın Dünya Kubokundan kənarlaşdırılmasını qeyd edən şəxs öldürülüb

OXUNUB: 314 Özəl DÜNYA
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı, ABŞ-la qarşılaşmada 1:0 hesabı ilə məğlub olan İranın Dünya Çempionatından kənarlaşdırılmasını qeyd edən bir şəxsin öldüyünü açıqlayıb.

7NEWS.az xəbər verir ki, İran Milli Komandasının 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı ilə vidalaşmasını ABŞ-a uduzaraq qeyd edən etirazçının təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürüldüyü bildirilib. Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatından verilən yazılı açıqlamaya görə, 27 yaşlı Mehran Semak ölkənin şimal-şərqindəki Gilan əyalətinin Bender Enzeli şəhərində "məğlubiyyət bayramı” nümayişi zamanı öldürülüb.


RƏYLƏR