İraqın Duhok şəhərində qaz partlayışı: 4 ÖLÜ, 26 YARALI VAR

OXUNUB: 223 Özəl DÜNYA
 

İraq Kürdüstan Regional Rəhbərliyinin (İKRG) Duhok şəhərində bir binanın qaz çəninin partlaması nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb.

7NEWS.az xəbər verir ki, IKBY Səhiyyə Nazirliyindən verilən açıqlamada partlayış nəticəsində 4 nəfərin öldüyü, 26 nəfərin xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Qeyd olunub ki, tələbə yataqxanası partlayış baş verən binada yerləşir. 

Noyabrın 17-də Süleymaniyyənin Kazive rayonunda evdə qaz sızması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində uçan evdə 15 nəfərin həyatını itirdiyi, 12 nəfərin yaralandığı bildirilib.

7NEWS.az

RƏYLƏR