İspaniyada istilər səbəbindən 670-dən çox insan həyatını itirib

OXUNUB: 284 Özəl DÜNYA
İspaniyada 10 gündür təsirli olan istilərin 678 nəfərin ölümünə səbəb olduğu bildirilib.

7NEWS.az xəbər verir ki, İspaniya Meteorologiya Agentliyinin (AEMET) açıqladığı məlumatlara görə, "ölkədə 1975-ci ildən bəri ən intensiv yüksək temperatur" iyulun 9-18-də qeydə alınıb. İspaniya Səhiyyə Nazirliyinin verdiyi açıqlamada 678 nəfərin yüksək hərarət səbəbindən öldüyü bildirilib. 10 gün ərzində zaman-zaman 45 dərəcəni keçən temperatur minlərlə hektar yaşıllıq və meşəlik ərazinin külə çevrildiyi yanğınlara səbəb olub.


RƏYLƏR