İspaniyada oktyabr ayı son 61 ilin ən isti ayı olub

OXUNUB: 331 Özəl DÜNYA
İspaniya quraqlıq problemi ilə mübarizə aparır. Ölkədə son 61 ilin ən isti oktyabr ayı qeydə alınıb.

7NEWS.az xəbər verir ki, İspaniya Dövlət Meteorologiya Təşkilatının (AEMET) verdiyi açıqlamada ölkədə 1961-ci ildən bəri ən isti oktyabr ayının statistikasının əldə edildiyi bildirilib. Oktyabr ayında Mərakeş sərhədindəki Melillada temperaturun 37 dərəcəyə, ölkənin şimalındakı Bilbaoda isə 23 dərəcəyə çatdığını bildirən AEMET, fövqəladə artımların müşahidə edildiyini vurğuladı.
İspaniyada hava istiliyinin son 6,5 ayda normadan yüksək olduğunu qeyd edən AEMET rəsmiləri, ən aşağı hava temperaturunun normadan 5 ilə 10 dərəcə yuxarı olduğunu açıqlayıb.

7NEWS.az

RƏYLƏR