İsrail-Fələstin qarşıdurması davam edir: 3 nəfər öldürülüb

OXUNUB: 278 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə basqın edib. Fələstin Səhiyyə Nazirliyi bu gün səhər saatlarında İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi basqında 3 fələstinli mülki vətəndaşın həyatını itirdiyini açıqlayıb. Ölənlərdən ikisinin 29 yaşlı Sidqi Zakarneh və Tariq al-Damej və 46 yaşlı Atta Shalabi olduğu müəyyən edilib. İsrail ordusundan verilən açıqlamada basqın zamanı 15 fələstinlinin nəzarətə alındığı bildirilib. İsrail rəsmilərinə görə, bu il İsraildə və işğal altındakı İordan çayının qərb sahilində baş verən hücumlarda ən azı 31 nəfər həlak olub.

7NEWS.az

RƏYLƏR