İsrail-Fələstin qarşıdurması davam edir: 5 nəfər ölüb

OXUNUB: 166 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İsrail ordusu Fələstinin İordan çayının qərb sahilində son 24 saat ərzində təşkil etdiyi reydlərdə 5 fələstinlini şəhid edib. İsrail qüvvələrinin açdığı atəş nəticəsində 22 və 21 yaşlı Cavad və Tafer Rimavi Ramallahın şimal-qərbindəki Kafr Eyn, Ramallahın qərbindəki Beytuniya qəsəbəsində 45 yaşlı Rani Fayez Əbu Əli və Mufid İxlil həlak olublar. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrail qüvvələrinin açdığı atəşin son qurbanının Əl-Mugir kəndində sinəsindən ağır yaralanan 21 yaşlı Raed Qazi Nassan olduğu bildirilib. Nasanın Ramallahda aparıldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

7NEWS.az

RƏYLƏR