İsveçin baş naziri Andersson istefa verəcəyini açıqlayıb

OXUNUB: 255 Özəl DÜNYA
İsveçin baş naziri Maqdalena Andersson ümumi seçkilərdə parlament çoxluğunu itirdikdən sonra istefa verəcəyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, İsveçin Sosial Demokrat Partiyasından olan baş naziri Maqdalena Andersson həftə sonu keçirilən ümumi seçkilərdə parlament çoxluğunu itirdikdən sonra istefa verdiyini açıqlayıb. Paytaxt Stokholmda mətbuat konfransı keçirən Andersson bildirib ki, səslərin sayılması prosesi hələ tamamlanmasa da, sağçı partiyaların parlamentdə çoxluğu qazandıqları dəqiqdir. Onlar parlamentdə bir və ya iki yer üstünlüyünə sahib olacaqlar. Andersson "Baş nazir olaraq istefa ərizəmi sabah təqdim edəcəyəm" dedi.

7NEWS.az

RƏYLƏR