İsveçrənin paytaxtı Stokholmda 2 nəfər casusluğa görə həbs edilib

OXUNUB: 251 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, İsveçin paytaxtı Stokholmda iki nəfərin "casusluq” ittihamı ilə həbs edildiyi bildirilib. Bu gün səhər polis casusluqda şübhəli bilinən bir evə basqın edib.  Əməliyyatın rabitə zabiti Kristian Lyungnerg qeyd edib ki, əməliyyat İsveç Kəşfiyyat İdarəsi, İsveç Silahlı Qüvvələri və polisin birgə planlaşdırması nəticəsində həyata keçirilib. Lyungnerg, basqın zamanı tutulan iki şübhəlinin İsveçə qarşı qeyri-qanuni kəşfiyyat fəaliyyəti ilə məşğul olduqları üçün həbs edildiyini bildirdi. İsveç Kəşfiyyat İdarəsi onu da qeyd edib ki, casusluq cinayəti həm İsveçə, həm də ikinci və üçüncü ölkələrə qarşı törədilib.

7NEWS.az

RƏYLƏR