İtaliya Baş naziri istefa verib

OXUNUB: 396 Özəl DÜNYA
İtaliya Baş naziri Mario Draqi istefa verib.

7NEWS.Az xəbər verir ki, Draqi, bu gün səhər saatlarında keçirilən iclasda istefa qərarını Prezident Sergio Mattarellaya təqdim edib.
İndiki hökumət müvəqqəti olaraq yeni hökumət seçilənə qədər fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, iyulun 21-də etimad səsverməsində onun üç koalisiya tərəfdaşı dəstəyini geri götürdükdən sonra Draqi hökumətinin istefası qaçılmaz olub.

İtaliya mətbuatı xəbər verir ki, ən tez halda ölkədə seçkilər oktyabr ayında baş tutacaq.

RƏYLƏR