İtaliya sintetik qidaları qadağan edə bilər

OXUNUB: 234 Özəl DÜNYA
İtaliyada Giorgia Meloni başçılıq etdiyi sağçı koalisiya hökuməti süni ət də daxil olmaqla, sintetik qidaların istehsalı və satışını qadağan edən qanun layihəsi hazırlayıb.

7NEWS.az xəbər verir ki, çərşənbə axşamı günü axşam saatlarında baş nazir Meloni başçılığında toplanan nazirlər şurası müxtəlif mövzularda mühüm qərarlar qəbul edib. Müvafiq olaraq, nazirlər şurası süni ət də daxil olmaqla, sintetik qida və yem istehsalı və satışını qadağan edən qanun layihəsini qəbul edib. Hökumət qanun layihəsinin qanuna çevrilməsi üçün parlamentin aşağı və yuxarı palatasının təsdiqini axtaracaq.

7NEWS.az

RƏYLƏR