İtaliyada neft-kimya zavodu yandı: 6 işçi YARALANIB

OXUNUB: 456 Özəl DÜNYA
İtaliyanın Milan şəhərində neft-kimya zavodunda baş verən yanğın böyük qorxu yaradıb. Çətinliklə söndürülən yanğında 3-ü ağır olmaqla 6 işçi xəsarət alıb.

7NEWS.az xəbər verir ki, İtaliyanın Milan şəhərində neft-kimya zavodunda yanğın baş verib. Milanın cənubundakı San Giulian Milanese şəhərindəki binada yanğın baş verib. Alov bütün kimya zavodunu bürüyüb. Yanğın zamanı obyektdə bir neçə partlayış baş verib. Kimya zavodunda baş verən yanğın böyük qorxu yaradıb. Bölgədə mümkün atmosfer kimyəvi riskinə qarşı həyəcan siqnalı verilib. Yanğının söndürülməsi üçün əraziyə onlarla yanğınsöndürən göndərilib. Xəsarət alan işçilər xəstəxanaya çatdırılıb. Ehtiyat tədbiri olaraq obyektin yerləşdiyi sənaye sahəsinin bir hissəsi boşaldılıb. Yanğının səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

7NEWS.az

RƏYLƏR