İvanka Tramp atasının seçki kampaniyasını dəstəkləməyəcək

OXUNUB: 191 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İvanka Tramp Trampın namizədliyini elan etdiyi gecə sosial media hesabında "Mən həmişə atamı sevəcəm və dəstəkləyəcəm, lakin bundan sonra bunu siyasi arenadan kənarda edəcəm” yazıb. Bu dəfə ailə olaraq kiçik övladlarına və şəxsi həyatına üstünlük verməyi seçəcəyini bildirən İvanka Tramp, "Siyasətə girmək fikrində deyiləm" deyib. İvanka Tramp bildirib ki, o, hazırda Mayamidə özəl sektorda işləyir və həyatının ən gözəl anlarını yaşayır. Onun həyat yoldaşı Jared Kushner və İvanka Tramp Donald Trampın 2016-cı il seçki kampaniyasını dəstəkləyib və Ağ Evdə olduğu müddətdə baş məsləhətçi vəzifəsində çalışıblar.

7NEWS.az

RƏYLƏR