İyun ayı 1880-ci ildən bəri altıncı ən isti ay oldu

OXUNUB: 559 Özəl DÜNYA
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) aylıq qlobal iqlim hesabatına görə, 2022-ci ilin iyun ayı qlobal temperatur rekordlarının 1880-ci ildə başlanmasından bəri 6-cı ən isti ay olub.

7NEWS.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) aylıq qlobal iqlim hesabatına əsasən, 2022-ci ilin iyun ayında qlobal səthin (quru və okean) orta temperaturu 20-ci əsrin orta göstəricisindən 0,87 dərəcə yüksək olub. 1880-ci ildən saxlanılan qeydlərə görə, 2022-ci ilin iyunu altıncı ən isti ay olub. Təkcə çöl temperaturu ölçmələrinə görə, Avropa və Asiyada havanın temperaturunun iyun ayında orta göstəricidən 1,56 dərəcə yüksək olduğu bildirilib.

7NEWS.az

RƏYLƏR