Jack Dorsey “Twitter”də işdən çıxarılmalara görə üzr istədi

OXUNUB: 242 Özəl DÜNYA

"Twitter” sosial media platformasının qurucusu və keçmiş CEO-su Jack Dorsey, Elon Musk satın alındıqdan sonra minlərlə işçini işdən çıxardıqdan sonra üzr istədi və şirkətin "çox sürətlə böyüdüyünü" söylədi.

7NEWS.az xəbər verir ki, İşdən çıxarıldıqdan sonra bir sıra paylaşımlar edən Jack Dorsey, köhnə və yeni "Twitter” işçilərinin hamısının inanılmaz dərəcədə güclü olduğunu və bir şəkildə ayaq üstə dura bildiklərini söylədi.
Bir çox insanın ona qəzəbləndiyini anladığını ifadə edən Dorsey, "Hər kəsin bu vəziyyətdə olmasının məsuliyyətini öz üzərimə götürürəm. Şirkəti çox sürətlə böyütdüm və bunun üçün üzr istəyirəm" dedi.

7NEWS.az

RƏYLƏR