Just Stop Oil şirkətinin təsisçisi saxlanılıb

OXUNUB: 282 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Hərəkətləri ilə ad çıxaran Just Stop Oil iqlim fəalları qrupunun qurucusu Rocer Hallamın saxlanıldığı bildirilir. 56 yaşlı Hallam dünən paytaxt Londonda M25 şossesini trafikə bağladıqdan sonra nəqliyyatı dayandırmaq və ictimaiyyəti narahat etmək üçün sui-qəsd təşkil etməkdə ittiham edilərək saxlanılıb. Qrup dünən İngiltərənin ən işlək magistralını trafikə bağladı, M25 magistralının 7 fərqli nöqtəsində həyata keçirilən tədbirlərdə London, Surrey və Kentdə bir çox qovşaqda nəqliyyatın hərəkəti dayandı. Yollardakı lövhələrin üzərinə çıxan nümayişçilər təxminən bir saat ərzində polis tərəfindən lövhələrdən endirilib.

7NEWS.az

RƏYLƏR