Bazar ertəsi səhər bir qrup naməlum şəxs Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən marşal Fahim adına Hərbi Akademiyaya hücum edib. Nəticədə 2 hərbçi ölüb, daha 10 nəfər yaralanıb.
Bu barədə hərbçilərə istinadən "Pajhwok" agentliyi məlumat yayıb.
Bildirilir ki, hücumu 5 nəfərdən ibarət qrup təşkil edib. Onlardan 3 nəfəri məhv edilib, biri saxlanılıb, biri müqaviməti davam etdirir./report
İcmal.Az