Kaliforniyada qasırğa nəticəsində ölənlərin sayı 17-yə çatıb

OXUNUB: 158 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında 3 həftədir təsirli olan şiddətli fırtına həyata mənfi təsir edib. Kaliforniya Qubernatorluğundan verilən açıqlamada fırtına səbəbiylə can itkisinin 17-yə yüksəldiyi bildirilib. Bildirilib ki, ölüm hallarının çoxu fırtınanın təsiri ilə ağacların insanların üzərinə aşması və nəqliyyat vasitələrinin sel sularına ilişməsi nəticəsində baş verib. Təxminən 34 milyon insanın daşqın təhlükəsi ilə üzləşdiyi, 200 mindən çox ev və iş yerinin işıqsız qaldığı öyrənilib. San Luis Obispo bölgəsində anasının maşını sel sularında qalaraq itən 5 yaşlı uşağın axtarışlarının davam etdiyi, anasının isə xilas edildiyi bildirilib.

7NEWS.az

RƏYLƏR