Kamil Zeynallı Tural Museyibovu ifşa etdi: "ŞƏRƏFİNİZ OLSUN, VİCDANINIZ OLSUN"

OXUNUB: 330 Özəl GÜNDƏM HADİSƏ

7NEWS.az xəbər verir ki, bu barədə Kamil Zeynallı şərh paylaşıb: "Sekil Doyuslerin Qizgin vaxti Cebrayilda cekilmisdi. 30.11.2021 tarixdə Sərhədçi İdman Mərkəzində şəhidlərimizlə vida mərasimində mən də var idim. Hamı kimi mən də məlum "zorakılıq” hadisəsinin şahidi oldum. Bir neçə gündür ki, susuram, çünki düşünürdüm ki, bizə düşmən baxır və niyə bizi içimizdən yeyən şərəfsizlərə baxıb sevinsinlər. Amma indi görürəm ki, haqq-ədalət öz yerini tutması üçün danışmalıyam. Şəhidlərimiz hələ dəfn olunmamış şəhid ailə üzvlərinin və yaxınlarının jurnalistlərə üsyanını gördüm mən orda. Onların zaldan qovulmasının şahidi oldum. Bilirsiz niyə? Çünki şəhid anasının gözünün yaşına məhəl qoymayan, ölü yiyəsinə hörmət etməyən,şəhidin sarsılmış iş yoldaşlarına empatiya göstərmək qabiliyyətindən məhrum, yalnız like və reytinq dalıyca qaçan jurnalistlərimizi də gördüm mən orda. Bir neçə dəfə DSX mətbuat xidmətinin zorla təxribat yaratmaq istəyən jurnalistlərə etdiyi xəbərdarlıqların da şahidi oldum. Orda o qədər mətbuat işçisinin səbr və mədəniyyətlə onlara ayrılmış zaman və məkanı gözlədiyini də gördüm. Bütün bunlara baxmayaraq şəhid anasının ağlamaqdan ürəyi gedəndə ona kömək eləmək əvəzinə süjet çəkənləri də gördüm. Nə ara bu qədər azğınlaşdıq biz?? Şəhid anası bilmir oğlunu ağlasın,yoxsa ona uzadılan mikrofona cavab versin. Bu qədərmi cılızlaşdırdıq bu ali peşəni??? Soruşursuz hardandı bu aqressiya? Niyə kobudluq olunub? Siz ev yiyəsi olsaydız və sizin yas mərasiminizdə bu cür çaxnaşma salan jurnalisti siz öpüb-qucaqlayardız??? Nə idi məqsəd? Niyə digər jurnalistlər kimi təmkin göstərmədilər? Niyə hamı kimi onlara ayrılan vaxtı və yerə məhəl qoymadan əsayişi pozdular? Bəli, jurnalistin çəkmək hüququ var və bundan ötəri ona hamı kimi ayrılmış vaxt və yer var. Özünü hansı jurnalistlərdən artıq bildilər? Niyə ev yiyəsinə hörmətsizlik elədilər? Niyə şəhidlərin analarının göz yaşlarından utanmadılar?? Bax budur aqressiyanı yaradan. Orda o qədər mətbuat işçisi və kamerası var idi. Hərə də əlində bir telefon çəkirdi. Nə oldu bu 3 gündə biri də "yumruq səhnəsini” tapıb ortalığa qoya bilmədi??? Mən özüm orda idim və şəxsən baş verənlərin şahidi idim. Orda heç bir yumruq atılmamışdı və heç bir zərbədən söz belə gedə bilməzdi. Yeganə baş verən Rövşənin sinəsi ilə kamera önünü bağlaması oldu. O qədər. Qorxmursuz bu qədər şər və böhtandan??? Şərəfiniz olsun! Vicdanınız olsun! Cənab Prezident donuzların məsciddə saxlanıldığını bütün dünyaya bəyan edəndə Rövşən Cahangirovun çəkdiyi kadrlar göstərilirdi. Zəngilan işğaldan azad olanda Cənab Prezident Rövşən Cahangirovun çəkdiyi kadrları öz tvitter səhifəsində paylaşırdı. Xudafərin körpüsündən qışqırmaqdan səsi batmış Rövşən Cahangirov idi Arazın bu tayında düzülmüş soydaşlarımızın səsinə səs verən. Ali Baş komandanın əsl dostları bax belə jurnalistlərdir. İşi və əməli,əqidəsi və şərəfi ilə dostluq edənlər,daha bu peşədən şərəfsizcəsinə öz məqsədlərinə çatmaq üçün istifadə edənlər yox.P.S. Vətən müharibəsi dövründə BBC,CNN,Əlcəzairə və bu kimi dünyanın ən aparıcı telekanalları məhz Rövşənin müharibədə çəkdiyi kadrları, "Atəş” klipini yayımlayırdı, başqalarının yox."
7NEWS.az

RƏYLƏR