Kanada əsgər ehtiyaclarını ödəmək üçün immiqrantları orduya götürəcək

OXUNUB: 156 Özəl DÜNYA

Kanadanın Milli Müdafiə Nazirliyi hələ vətəndaşı olmayan daimi yaşayan immiqrantları hərbi xidmətə cəlb etmək qərarına gəlib.

7NEWS.az xəbər verir ki, ölkə mətbuatında əksini tapan məlumata görə, Kanada Silahlı Qüvvələrində cinsi qısnama halları ilə başlayan və nəhayət Covid-19 epidemiyası səbəbiylə alınan peyvənd qərarları səbəbiylə kadr çatışmazlığı pik həddinə çatıb. Nazirlik elan etdi ki, daimi yaşayan immiqrantlar artıq xarici hərbçi tərəfindən təlim keçməsindən asılı olmayaraq Kanada Silahlı Qüvvələrinə qoşulmaq üçün müraciət edə bilərlər.

Kanada ordusunda hələ də dəniz, hava və quru qoşunları üçün ən az 8 min əsgər çatışmazlığının olduğu ifadə edilən açıqlamada, 2023-cü ilin mart ayına qədər orduya 5 min 900 yeni əsgər əlavə etmək hədəfinin olduğu bildirildi. 

7NEWS.az

RƏYLƏR