Kanada polisi Toronto şəhərində furqonun piyadaların üzərinə sürülməsi hadisəsini terror aktı kimi nəzərdən keçirir.
İcmal.Az xarici mətbuata istinadən xəbər verir ki, sürücü hüquq-mühafizə orqanlarına tanış şəxs olub.
Lakin bu məlumat hələ ki, öz rəsmi təsdiqini tapmayıb.
İcarəyə götürülmüş furqon Torontoda bir qrup piyadanın üzərinə sürülüb. Müxtəlif məlumatlara görə, hadisə nəticəsində 5-9 nəfər həyatını itirib.
İcmal.Az