Kardaşyan qədər olmayan Nəvai – Soyu daş olan soydaşımız

OXUNUB: 645 Özəl GÜNDƏM HADİSƏ
Bu gün sosial şəbəkələrdə təəssüf doğurucu bir məlumat yayılıb. Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navai (Nəvai Bəkirov) Azərbaycanın paytaxtını açıq-aşkar təhqir edib. O, Bakıya qarşı ünvanladığı bu təhqiri musiqi sədaları altında ifa edib.

Nəvai son günlər narkotik maddələrin istifadəsi ilə məşğul olmağa başlayıb.

Buna görə də potensial anti-Azərbaycan kampaniyasının iştirakçısına çevrilib.

Məlumata görə, bir zamanlar Azərbaycan diasporunun təşkilatçılığı ilə Rusiyada keçirilən konsertlərdə tanınmış ifaçıların yanında bir neçə dəqiqəlik oxumaq üçün yalvaran, xahiş edən gənc Nəvai sonradan kimlərinsə qarmağına düşüb və məşhurlaşdıqdan sonra öz millətinə kəm baxmağa çalışıb.

Məlumatda bildirilib ki, əvvəllər aktiv fəaliyyətlə məşğul olan Nəvai sonradan "Baxa” ləqəbli Bəxtiyar adlı iş adamı tərəfindən maliyyələşdikdən sonra əqidəsini və mövqeyini dəyişib. İddialara görə, hətta Azərbaycanda hərbi xidmət keçməyən, hərbi xidmətdən yayınan anti-milli ünsür Nəvai ölkəmizi tərk edib. Buna görə də Azərbaycana gəliş-gedişi onun üçün həmişə problemlər yaradıb.

Vurğulanıb ki, azərbaycanlı müğənni Emin Ağalarov da Nəvainin bu hərəkətlərinə görə onu yanından uzaqlaşdırıb.

Digər soydaşlarımızdan redaksiyamıza daxil olan başqa bir məlumatda isə qeyd olunub ki, ölkəmizə qarşı bu cür təxribatlar, təhqirlər yağdıranlara qarşı ən sərt şəkildə mübarizə aparmaq lazımdır: "Bunlar Vətən müharibəsi dövründə bir dəfə də olsun, səslərini çıxarmadılar. Azərbaycanın haqq səsini öz auditoriyalarına çatdırmadılar. Bunların sosial şəbəkə səhifələrinə nəzər yetirsəniz görərsiniz ki, Azərbaycanın maraqlarına xidmət edən heç bir paylaşım yoxdur. Hesab edirəm ki, belələrinin Azərbaycana girişi qadağan olunmalıdır. Əgər varsa, Azərbaycan vətəndaşlığından çıxarılmalıdır. Erməni əsilli Kim Kardaşyan öz ölkəsinə əlindən gələn bütün xidmətləri göstərir. Amma Nəvaikimilər Kardaşyan qədər də olmadı”./İnterpress.az

RƏYLƏR