"Kaş qardaşının toy günündə yanında olaydın..." -Şəhidimizin anasının sözləri ÜRƏK PARÇALADI - VİDEO

OXUNUB: 696 SOSİAL
Şəhidimiz Əbdülməcid Axundovun ailəsində xoş gün yaşanıb.

İcmal.Az xəbər verir ki, onun qadaşı Elçinin toyu olub. Toyda deputat Qənirə Paşayeva, Tahir Mirkişili, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova və əməkdar artist Aybəniz Haşımova iştirak edib.

Şəhidimizin anası Ceyran xanım oğlunun toy günündə Əbdülməcidi xatırlayıb, həsrətini bu sözlərlə ifadə edib:

"Kaş qardaşının bu günündə yanında olaydın. "Bəylik kostyumunu geyinəsən" demişdim sənə, amma fələk yolunu dəyişdi.. Hamı toyda mənim qollarımı qaldırmağa çalışdı, amma qollarım qalxmadı ki qalxmadı...".

İcmal.Az
















 

İcmal.Az

RƏYLƏR