Keçmiş bələdiyyə sədrinə qarşı cinayət işi başlandı

OXUNUB: 626 GÜNDƏM Özəl HADİSƏ
Ağstafa rayon prokurorluğundan 7NEWS.az-a verilən məlumata görə Bələdiyyə əmlakının mənimsənilməsinə görə cinayət işi başlanıb.

Ağstafa rayon Dağkəsəmən kənd bələdiyyəsində baş vermiş qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

RƏYLƏR