Kəmaləddin Heydərovun himayə etdiyi Poya Əhədpura görə narazılıq artır: '8700 manatı 1 ildir vermir' – ARAŞDIRMA+FOTOFAKT

OXUNUB: 9285 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl

Azərbaycanda məmurların bizneslə məşğul olması qanunvericiliklə qadağan olması hər kəsə məlumdur.  Elə bu səbəbdən də məmurların bir çoxu öz bizneslərini başqa şəxslərin adına rəsmiləşdirir. Bəzən bu onların qohumları, yaxınları olur, bəzən tamamilə yad bir şəxs, bəzən isə hər ikisi. Biz o şəsxlərə "proxy” deyirik – məmurların biznesini idarə edən üçüncü şəxslər. İCMAL.az xəbər verir ki, ölkədə çox tanınmış və böyük biznes şəbəkəsinə malik iş adam larından biridə Əhədpur Xangah Mənuçehrdir. Mançehrin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesini idarə etməsi ilə bağlı Vikileaks saytında və bir sıra beynəlxalq media orqanlarına yazılmış məqalələr və iddialar var.

Lap əvvəldən başlasaq, dostlarının anlatdığına görə, ilk dəfə 1990-cı illərin əvvəllərində Bakıya gələn kiçik sahibkar Əhədpur Kəmaləddin Heydərovla tanış olur. Əvvəlcə ondan Azərbaycanda biznesinin qurulması üçün yardım istəyən Əhədpurla Heydərov münasibətləri tez bir zamanda möhkəmlənir və ikincinin təklifi ilə bu, ortaq biznesə çevrilir. Hazırda Əhədpur imperiyasını həm də ailə biznesi adlandırmaq olar. Çünki bu çoxşaxəli biznes imperiyasına Əhədpurun ailə üzvləri ilə yanaşı, Heydərovun keçmiş qudası Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin də payı olması ilə bağlı iddialar var.

Azərbaycan oxucusu ilk dəfə Əhədpur Xangah Mənuçehr adını Wekaleaks açıqlananda eşidib. Kəmaləddin Heydərovun oğlanları 20 milyon dollarlıq "Gulfstream” almaq istəyib və buna görə də adıçəkilən şirkətə müraciət edib. Müraciətdə göstərilir ki, "Gulfstream” təyyarəsi üçün ödəniş və sahiblik haqqı "Al-Sahra Shams FSCO” şirkəti (hansı ki sənəddə qeyd olunur ki, Dubayda Taleh və Nicat Heydərovların adına qeydiyyatdadır) və cənab Manuçöhr Əhədpur Xangah arasında, hər birinə 50 faiz olmaqla bölünəcək.  Əldə etdiyimiz ilk fakt isə "Al-Sahra Shams FSCO” şirkəti haqqında oldu.  Şirkətin əlaqə üzrə məsul şəxs Manuçöhr Əhədpurun qardaşı Behzad Əhədpur göstərilirdi. Yəni sadəcə idaredicisi kimi. Bundan əlavə  Dubayda və ABŞ-ın San Diyeqo şəhərində  də Behzad Əhədpurun adına rəsmiləşmiş şirkətləri var.

İCMAL.az saytına Məmmədov Elxan tərəfindən daxil olan şikayət isə daha biabırçı məqamları özündə əks elətdirir. Sıravi vətəndaşları günün istisində istismar edən iranlı cuzi məbləği verməkdən imtina edir. Şikayəti olduğu kimi təqdim edirik:

"Yazıb nəzərinizə çatdırıram ki, mən Məmmədov Elxan və 18 nəfərdən ibarət işçi briqadası 23.06.2016 – cı il tarixdə  "AZTİKİNTİYOL” MMC – nin ( Bakı – Şamaxı yolu üstündə yerləşir) baş direktoru PUYA  ƏHƏDPUR ilə podrat müqaviləsi əsasında razılaşaraq  həmin müəssisənin SƏNGƏÇAL neft terminalında asfalt işlərini yerinə yetirmişik. İşlərin yerinə yetirilməsindən bir il keçməsinə baxmayaraq bu günə qədər həmin müəssisədən qalıq pulumuzu ala bilmirik. Hər dəfə alacağımızı istəmək üçün müraciət etdikdə pul olmadığını  və yaxud asfalt sifariş edən müəssisənin hələ pul ödəmədyini  bəhanə  gətirərək bir az da gözləyin deyərək başlarından uzaqlaşdırırdılar. Son vaxtlar artıq  "AZTİKİNTİYOL – un  bizim işə görə məsuliyyətli şəxsləri bizə qalan borca görə cavab vermirlər.  18 nəfərdən ibarət bu podrat briqadasnın alacağı 8700 (səkkiz min yeddi yüz ) manat   "AZTİKİNTİYOL  müəssisəsinin hesabında dənizdə bir damlaya bənzəyir, amma bu pulun ödənilməməsi  18  ailənin ehtiyacını nə qədər daha da artırdığını cənab Poya Əhədpur gözəl bilir. Bugün çiçəklənən Azərbaycanın  əmin əllərdə idarə olunması hamıya bəllidir. Ona görə də Poya Əhədpur kimə arxayın olsa da mənim ölkəmdə bizlərin haqqını yeyə bilməzlər. Hörmətli redaksiya! Sizə  və Dövlətimizə arxalanaraq  artıq dərəcədə xahiş edirik ki, 18 nəfərin ötən ilin yayı boyunca qızmar günün altında işləyib qazandığı pulun qalığının "AZTİKİNTİYOL müəssisəsi tərəfindən ödənilməsinə köməklik göstərəsiniz. Öncədən təşəkür edirik.

İCMAL.az saytı olaraq "AZTİKİNTİYOL” MMC-nin rəsmi saytında olan nömrələrlə əlaqə saxladıq. Marketinq şöbəsinin müdiri Telman bəyi şikayətlə bağlı məlumatlandırdıq. O, isə öz növbəsində məsələni araşdıracağını, məruzə edəcəyini və nəticəsini bizə ünvanlayacağını dedi.  Telman bəy tez bir zamanda podraçı və subpodraçı arasında olan müqaviləni qaldıracağını və zəruri qanuni addımların atılacağını dedi.

 AZTİKİNTİYOL" MMC-nin rəhbəri redaksiyamıza zəng edərək Məmmədov Elxanın təqdim etdiyi müqavilənin notarial qaydada təsdiqi olmadığını dedi. MMC rəhbəri Məmmədov Elxanın sifarişi götürdüyü, icra etdiyini təsdiqləsə də yerdə qalan məbləğin yalnız vergi ödənişlərindən sonra veriləcəyini qeyd edib. Biz də öz növbəmizdə əsas sadə işçilərin günün altında yol çəkdiklərini qeyd etdik. Bizim redaksiya olaraq əsas istədiyimiz sadə fəhlələrin məvaciblərinin verilməsi ilə bağlıdır.

Məlumat yenilənəcək

İCMAL.az




RƏYLƏR