Kərkükdə İŞİD-ə qarşı əməliyyat başladılıb

OXUNUB: 260 Özəl DÜNYA
İraq təhlükəsizlik qüvvələri Kərkük şəhərinin cənubunda varlığı təsbit edilən İŞİD üzvlərinə qarşı əməliyyata başlayıb.

7NEWS.az xəbər verir ki, Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri İŞİD-ə qarşı başladılan əməliyyatla bağlı AA müxbirinə açıqlama verib. Əməliyyatın Havice rayonunun Küçük Yorgun, Böyük Yorgun, Hamidiye və Maliha kəndləri, həmçinin Hasa, Əl-Cənabi və Əl-Yorgun vadiləri yaxınlığında keçirildiyini bildirən Nuri, Haşdi Şaabinin də iştirak etdiyini qeyd edib. Əməliyyatı İraq Hərbi Hava Qüvvələri dəstəkləyib.

2014-cü ilin iyununda İŞİD İraqın bütün Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyalə və Kərkük əyalətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb. İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da təşkilat üzərində qələbə qazandığını elan edib.

İŞİD-in bölgədən qovulmasından və şəhərlərin geri alınmasından 5 il keçməsinə baxmayaraq, qruplaşmanın hücumları xüsusilə Kərkük, Diyalə, Mosul, Səlahəddin və Ənbar vilayətlərinin kənd yerlərində davam edir.

7NEWS.az

RƏYLƏR