7NEWS.az xəbər verir ki, bu barədə Elşən Vəlicanov məlumat verib: "Bu gün saat 3 radələrində oğluma pul verdim ki, Dəniz Mall-da gəzsin, nəsə alıb yesin. Oğlum mall daxilində yerləşən KFC Azerbaijan-da sifariş verib. Ödənişdən sonra isə pulun qalığını ona skoçlanmış vəziyyətdə qaytarıblar.
Oğlum buna etiraz etsə də, kassada ona "bizdə xırda pul yoxdur” deyiblər və onu bu şəkildə yola salıblar. Açığı, ehtimal edirəm ki, uşağın yaşını nəzərə alaraq bu pulu ona veriblər.
İndi isə sual yaranır: mən niyə banka gedib həmin pulu dəyişməliyəm? Nəyə görə onların kassadakı çatışmazlığını və ya səhvini mən aradan qaldırmalıyam?"
























