Kim Kardaşyan 70 milyon dollara ev alıb

OXUNUB: 216 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Kardaşyanın daha əvvəl keçmiş model Sindi Kroufordun evi olan malikanə üçün 70,4 milyon dollar ödədiyi bildirilir. Öz çimərliyi olan və Aralıq dənizi memarlığına uyğun tikilmiş malikanənin ətrafı divarlarla əhatə olunub. Üzgüçülük hovuzu, cakuzi, idman zalı, tennis kortu olan malikanədə dörd yataq otağı və beş vanna otağı var. Kardaşyanın yeni qonşuları arasında Leonardo DiCaprio və Neil Diamond kimi məşhur adlar var.

7NEWS.az

RƏYLƏR