Klinika sahibinin oğlu qətl törətdi - Məhkəmə işi

OXUNUB: 893 GÜNDƏM Özəl HADİSƏ

Paytaxtda tibbi klinikanın gözətçisini öldürən şəxsin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

"Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.1 ( qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Rahimli Həsən Məmməd Rəhim oğlunun məhkəmə prosesinə hakim Əli Məmmədov sədrlik edəcək. Cinayət işində zərərçəkmiş qismində Nəbiyev Muraz Həmzə oğlu tanınıb. 

Xatırladaq ki, hadisə baş verən zaman DİN rəsmi məlumat yayıb. 

Belə ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci il yanvarın 1-də Nərimanov rayonu ərazisində yerləşən "Aristokrat” tibb mərkəzində gözətçi işləyən 58 yaşlı Muraz Nəbiyevin infarktdan ölməsi barədə DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini, 31 yaşlı Həsən Rahimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib. Həsən Rahimli tutularaq Nərimanov rayon prokurorluğuna təhvil verilib. 

İlkin araşdırmalar zamanı məlum olub ki, Həsən Rahimli tibbi klinikanın sahibinin oğludur. 


Klinika sahibinin oğlu qətl törətdi - Məhkəmə işi

RƏYLƏR