Kolumbiya və Venesuela arasında 3 ildən sonra ilk dəfə uçuş baş tutub

OXUNUB: 243 Özəl DÜNYA

Kolumbiya ilə Venesuela arasında münasibətlərin korlanmasından sonra 3 ildən sonra ilk dəfə birbaşa kommersiya uçuşu baş tutub.

7NEWS.az xəbər verir ki, Venesuela hava yollarına məxsus "T9 8820” kommersiya təyyarəsi "Turpial Airlines” paytaxt Karakasın Maiquetia Beynəlxalq Hava Limanından havaya qalxaraq birbaşa Kolumbiyanın paytaxtı Boqotaya eniş edib. İki paytaxt arasında 90 dəqiqəlik səyahətin qiymətinin 500 dollar civarında olacağı və həftədə iki dəfə qarşılıqlı uçuşların olacağı paylaşılıb.

7NEWS.az

RƏYLƏR