Kosovo ABŞ-ın tələbi ilə Serb nömrələrini qadağan edilməsi qərarını 2 gün təxirə salıb

OXUNUB: 259 Özəl DÜNYA
Kosovo ABŞ-ın tələbi ilə Serbiyanın verdiyi avtomobil nömrələrini qadağan etmək qərarını daha 48 saat təxirə saldığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, Kosovonun baş naziri Albin Kurti, konstitusiyaya zidd getmədən, eyni zamanda sülh və sabitliyə xələl gətirmədən razılaşmanın yolunu tapmaq üçün dünən gecə saatlarına qədər ABŞ səfiri ilə danışdığını bildirib.

Kosovo polisinin çərşənbə axşamı yerli vaxtla səhər saat 8-dən etibarən Serbiya nömrəli avtomobillərə cərimələr verməyə başlaması gözlənilirdi ki, bu da 10.000 sürücüyə təsir göstərib. Qərb ölkələri bu təcrübənin etnik zorakılığa səbəb olacağından narahatdırlar.

7NEWS.az

RƏYLƏR