Kosovoda 300 serb polis istefa verərək etiraz edib

OXUNUB: 277 Özəl DÜNYA
Kosovo ilə Serbiya arasındakı nömrə nişanı gərginliyində Kosovolu 300 serb polisi istefa verərək Kosovo hökumətinin nömrə nişanı tətbiqinə etiraz etdi.

7NEWS.az xəbər verir ki, Kosovo ilə Serbiya arasındakı nömrə nişanı gərginliyində serblər Kosovo qurumlarını boykot etməyə başladı. Kosovonun şimalındakı Jarinje və Brnjak sərhəd postlarında çalışan Kosovolu 300 serb polisi istefa verərək avtomobilin nömrə nişanının verilməsinə etiraz ediblər.

Kosovo polisindən verilən açıqlamada serb polislərinin postlarını tərk etdiyi, bəzilərinin isə əşyalarını təhvil verdiyi bildirilib.

7NEWS.az

RƏYLƏR