Kosovonun şimalında partlayış və atışma səsi eşidilib

OXUNUB: 261 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Kosovonun şimalında 4 bələdiyyə sədrinin istefasından sonra dekabrın 18-də adıçəkilən bələdiyyələrdə keçiriləcək növbədənkənar yerli seçkilər öncəsi bölgədə gərginlik yenidən artıb. Ölkənin şimalında serblərin yaşadığı Mitrovitsada partlayışlar və atışmalardan sonra sirenlər səslənib. Yerli mətbuatda yayılan xəbərlərdə Zveçan Bələdiyyəsində siren səslərinin eşidildiyi, Avropa Birliyinin (AB) EULEX missiyasına bağlı qüvvələrin cənub və şimal tərəflərini birləşdirən Pireney körpüsündə mövcudluğunu artırdığı bildirilib. Kosovo Daxili İşlər Naziri Xhelal Sveçla verdiyi açıqlamada, Kosovonun şimalında bu gün baş verən hadisələrə reaksiya verərək maskalı şəxslərin səs bombaları və havaya atəş açaraq bələdiyyə seçki məmurlarına və polisə hücum etdiyini bildirib. 

7NEWS.az

RƏYLƏR