Laçında iki hərbçimiz minaya düşdü

OXUNUB: 427 Özəl GÜNDƏM HADİSƏ
Laçında iki hərbçimiz minaya düşüb. 

Bu barədə Qubadlı Hərbi Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iki hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.

Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

RƏYLƏR