Litva rus diplomatını "arzuolunmaz şəxs" elan edib

OXUNUB: 221 Özəl DÜNYA
Litva Xarici İşlər Nazirliyi Rusiyanın Vilnüsdəki səfirliyindəki diplomatı "diplomatik statusu ilə bir araya sığmayan fəaliyyətə görə” "arzuolunmaz şəxs" elan edib.

7NEWS.az xəbər verir ki, Litva rusiyalı diplomatı "arzuolunmaz şəxs" elan edib. Litva Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rusiyanın Vilnüsdəki səfirliyinin nümayəndəsinin Xarici İşlər Nazirliyinə çağırıldığı və Rusiya səfirliyindəki diplomatın "uyğun olmayan fəaliyyətlərə görə arzuolunmaz şəxs” elan edildiyi bildirilib. Bəyanatda sözügedən rusiyalı diplomat ölkəni tərk etməli olub. Rusiyanın Ukraynaya hücumlarının başladığı fevralın 24-dən bəri rus diplomatlar dördüncü dəfə Litvadan çıxarılıb.

7NEWS.az

RƏYLƏR