Macarıstan, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməyi təxirə salındı

OXUNUB: 216 Özəl DÜNYA

Macarıstanın Baş naziri Viktor Orban İsveç və Finlandiyanın NATO üzvlüyü üçün lazımi parlament təsdiqinin 2023-cü ildə keçiriləcək ilk sessiyada alınacağını açıqlayıb.

7NEWS.az xəbər verir ki, jurnalistlərə verdiyi açıqlamada Macarıstanın hər iki ölkənin NATO üzvlüyünü dəstəklədiyini bildirən Orban, "Macarıstan Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəkləyir və parlament bunu gələn ilin ilk iclasında nəzərdən keçirəcək" dedi.

Macarıstan parlamentinin 2023-cü ildə ilk iclasının fevralda keçirilməsi planlaşdırılır.

Macarıstan hökumət rəsmiləri əvvəlki açıqlamalarında İsveç və Finlandiyanın NATO üzvlüyü üçün tələb olunan parlament təsdiqinin 2022-ci ildə alınacağını bildirmişdilər.

7NEWS.az

RƏYLƏR