'MADO'nun erməni mahnısına olan sevgisi başına bəla oldu - BİABIRÇILIQ

OXUNUB: 4813 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL GÜNDƏM TƏHLİL
Bakıda fəaliyyət göstərən məşhur "Mado" restoranı ətrafındakı "erməni musiqisi" qalmaqalı getdikcə böyüyür.

Millət vəkili Fəzail Ağamalının ardınca  Qarabağ Azadlığı Təşkilatından (QAT) da məsələyə münasibət bildirilib.

Qeyd edək ki, bir neçə gün bundan öncə erməni müğənni Şerlin Sarkisyanın "Believe" adlı musiqisinin "Mado" restoranında səsləndirilməsi müştərilərin ciddi etirazına səbəb olmuşdu. "Mado”nun marketinq direktoru İlham Məmmədli isə öz "Facebook” profilindən hadisə haqqında "burada nə var ki” reaksiyasını verib.

QAT sədri Akif Nağı "Mado" restoranında baş verən xoşagəlməz hadisənin səbəbkarlarını cəzalandırmağa çağırıb.

"Kimlərsə əgər buna gedirsə, onlarda erməni qanı var. Bu gün Azərbaycanda damarlarında 30 000 erməni qanı axan insan var. Heç şübhəsiz ki, bu onların içərisindən gələn təşəbbüsdür. Müəyyən erməni qruplarının, mərkəzlərinin verdiyi sifarişdir ki, onlardan pul alıb, bu cür iyrəncliklərə yol verirlər. Heç bir halda bu cür hallara yol vermək olmaz. "Mado" rəhbərliyi buna görə mütləq cavab verməlidir. Mado rəhbərliyi ermənilərin Azərbaycana etdiyi vəhşilikləri necə unuda bilər?! Bu gün belə bir həssas məqamda, girovların orada o cür məhkəmə qarşısına çıxarıldığı vəziyyətdə bu cür hərəkəti necə edə bilərlər?! Mütləq bu hadisəyə səbəb olan şəxslər tapılmalı və ciddi cəzalandırılmalıdırlar"./qaynarinfo
 
 
İcmal.Az

RƏYLƏR