Magistral yolda üzüm almaq üçün 500 metr geri gedən avtobus - 90-XX-183 - VİDEO

OXUNUB: 244 Özəl DÜNYA
Söhbətə 60-cı illərin bir Şəki lətifəsi ilıə başlamaq istərdim, çünki təsvir edəcəyim hadisə də elə Şəkidə baş verib. Turan qəsəbəsinin taxıl zəmiləri tərəfdə.
Bir şəkili təyyarə (ağlınıza "Boeing” gəlməsin, söhbət "Kukuruznik”dən gedir) ilə Bakıdan kəndinə qayıdakən təyyarənin onun evinin üzərindən keçdiyini görür. Oturduğu yerdəcə pilotu haylayır: Ha canoo yiyim, habı pavarotda saxla düşüm.
Keçək mətləbə. Xaldandan Şəkiyə yol ötən "Jiquli” ilə  gedərkən sürücü yol qırağındakı üzüm satanlardan alver eləmək üçün maşını saxlayıb düşdü. Bu zaman bizi ötən 90 XX 183 dövlət nömrə nişanlı Bakı-Şəki avtobusu təxminən 500 metrdən sonra dayandı və geri hərəkət etməyə başladı. Avtobusun geriyə gəlməsi Şəki istiqamətində gedən maşınların da dayanmasına və təhlükəli ötəmə etməsinə səbəb oldu. Yaxınlıqda heç bir yaşayış məntəqəsi olmadığından sürücü çox güman ki üzüm almaq üçün geri hərəkət edib. Prinsip etibarı ilə istinin günündə çöllük-biyabanlıqda heç kim düşməz. Əgər düşməli olsa belə, avtobusun bu qədər məsafəni geri qayıtması yolverilməzdir. Üstəgəl, bizdə hələ də belə bir təfəkkür hakimdir ki, qəza işıqlarını yandıraraq qayda pozmaq olar. Videodan da görünür avtobusun geriyə hərəkət işıqları yanmır ki, bu da ayrı bir qayda pozuntusudur. 
Ümumilikdə, təhlükəsizlik normalarına görə avtobusların geriyə hərəkət etməsi minimal olmalıdır. Avropa ölkələrinin əksəriyyətində marşrut avtobusların şəhər daxilində geriyə hərəkəti ümumiyyətlə qadağandır. Bakıda mikroavtobuslar dövründə bu adi hal idi. İndi demək olar tam aradan qalxıb.
Yol hərəkəti haqqqında qanunun 45-ci maddəsinin 4-cü bəndi avtomagistralda geriyə hərəkəti qadağan edir. Görəsən sürücünün bu qanundan nə dərəcədə xəbəri var?
 


RƏYLƏR