Malidə Fransanın dəstəklədiyi təşkilatlarının fəaliyyətinə qadağa qoyulub

OXUNUB: 189 Özəl DÜNYA
Malidə Fransanın dəstəklədiyi qeyri-hökumət təşkilatlarının fəaliyyəti qadağan edilib.

7NEWS.az xəbər verir ki, Fransanın Maliyə verdiyi inkişaf yardımını kəsdikdən sonra Mali hökuməti ölkədə Vaqner əsgərlərinin olmasını əsas gətirərək açıqlama verib. Hökumət sözçüsü Abdoulaye Maiga tərəfindən imzalanan bəyanatda Fransanın iddialarının əsassız olduğu və ictimai rəyi manipulyasiya etmək üçün irəli sürüldüyü vurğulanıb. 

Qeyd olunub ki, Fransa fevral ayında Mali tərəfinə sözügedən inkişaf yardımını kəsəcəyini bildirib.

Açıqlamada, son hadisələrin işığında Malidə Fransa tərəfindən dəstəklənən və ya avadanlıq və materiallarla təmin edilən bütün qeyri-hökumət təşkilatlarının fəaliyyətinin qadağan edildiyi açıqlanıb.

7NEWS.az

RƏYLƏR