Mark Rutte Hollandiyanın ən uzun müddət vəzifədə olan Baş naziri oldu

OXUNUB: 425 Özəl DÜNYA
2010-cu il oktyabrın 14-də vəzifəyə gəldiyi gündən Hollandiyanın Baş naziri olan Mark Rutte "bu günə kimi ölkənin ən uzun müddət vəzifədə olan Baş naziri" oldu.

7NEWS.az xəbər verir ki, 4-cü Baş nazirlik dövrünü davam etdirən Rutte, ümumilikdə 4311-ci gününü 11 il 9 ay 19 günlə tamamladı. 1982-94-cü illərdə ölkədə baş nazirlik etmiş Ruud Lubbersin 4310 günlük rekordunu qıran 55 yaşlı Rutte bu vəziyyətin onun üçün fərqli bir məna ifadə etmədiyini bildirib.

7NEWS.az

RƏYLƏR