Masallı icra başçısının 35 milyonluq “əməliyyatı”: İlisu, Novxanda villa, kombinat, qum biznesi - İddia

OXUNUB: 2773 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl
Masallının icra başçısı Rafil Hüseynoun peşəkar maxinasiya ustası olduğu bildirilir

Ulus.Az-ın əldə etdiyi məlumata görə, icra başçısı aqrar və iqtisadi sektoru savadlı şəkildə bildiyi üçün maliyyə əməliyyatlarını qüsursuz etməyə çalışır.

Amma Hesablama Palatasının rayonda apardığı yoxlamalar nəticəsində məlum olub ki, 50 milyon manat təyinatına uyğun olaraq xərclənməyib. 

Daha doğrusu, 15 milyon manat hansısa yollarla silinsə də, 35 milyon manat pulun hara xərcləndiyi məlum olmayıb. 

Məsələn, azerinews.tv iddia edir ki, rayonun icra başçısı Rafil Hüseynov Novxanı qəsəbəsində 60 sot torpaq alaraq övladları üçün üç mərtəbəli iki villa tikdirib. Bundan əlavə Qax rayonunun İlisu kəndində də xüsusi istirahət mərkəzi tikdirib. 

Ulus.Az-ın əldə etdiyi məlumata görə, icra başçısının müavini Nəsir Muxtarlı onun əsas güvəndiyi kadrdır. 

N.Muxtarlının savadlı, müasir bir məmur olması, Türkiyədə təhsil alması, vətəndaşlarla ünsiyyəti, görüşlərdə davranışı icra başçısının əməllərini ört-basdır edir, ondan şikayətləri, narazılığı, gərginliyi azaldır. 

N.Muxtarlınının yerli adam olması da icra başçısına əlavə divident gətirib. Masallı sakinlərini incitməyən başçı müavini R.Hüseynovun maxinasiyalarından da agahdır.

İddia edirlər ki, Masallı rayonundakı 1,5 milyon manat dəyərində olan çörək kombinatı da Rafil Hüseynova məxsusdur. Sadəcə olaraq zaman-zaman bu kombinatı başqa adamların adına qeydiyyatdan keçirir. 

Bildirilir ki, Boradigah-Mahmudovar yolunun tikintisinə ayrılan vəsaitin demək olar ki, böyük hissəsi mənimsənilib. 

Bunun üçün çəkilən yola və ayrılan vəsaitə baxsanız hər şey aydın olar. Və yaxud sənədləşmələrdə göstərilir ki, rayonda kənd daxili 260 km yol çəkilib. 

Sənədləşmələrdə göstərilir ki, Gəyəçöl, Xolucalı, Xsobanlı, Əlzəbad, Güllütəpə, Yelağac, Çaxırlı, Ətcələr və s kəndlərdə yol çəkilib. Əslində isə bunlar sənədlərin üzərindədir və 3 milyon manat pulun hara yoxa çıxdığı məlum deyil. 

Başqa maraqlı və gülməli bir fakt isə 7 kənddə tib məntəqəsinin tikilməsi ilə bağlıdır. Belə ki, dəyəri 20 min manatdan da az olan bir-iki otaqlı məntəqələrin tikintisinə sənədlərə görə güya 50-60 min manat pul ayrılıb. 

Masallı rayon Viləş çayının Digah kəndindən qum daşıma biznesi yaradılıb və buradan əldə olunan gəlir bir başa icra başçısına çatdırılır. Qarşı tərəfi dinləməyə hazırıq. 

RƏYLƏR