Mask “Twitter” işçilərinin yarısını ixtisar edəcək

OXUNUB: 470 Texnologiya Özəl DÜNYA
"Twitter”in yeni sahibi İlon Mask işçilərinin yarısını ixtisar edəcək. Cümə günü işçilərə bildiriş veriləcək.

7NEWS.az xəbər verir ki, ABŞ-da yerləşən "Bloomberg” media orqanının məlumatına görə, "Twitter”in yeni sahibi İlon Mask işçilərinin yarıdan çoxunu ixtisar edəcək. "Bloomberg”in hesabatına görə, onun təxminən 7000 əməkdaşından 3700-ü işdən çıxarılacaq. Mask cümə günü işdən çıxması barədə işçi heyətinə məlumat verəcək. Bundan əlavə, Mask uzaqdan və ya evdən işləməyi dayandıracaq və bəzi istisnalar istisna olmaqla, "Twitter” işçilərinin ofisə qayıtmasını tələb edəcək.

7NEWS.az

RƏYLƏR