Türkiyə Silahlı Qüvvələrinin Qəndil ilə Şırnak və Sirt çöllərində həyata keçirdiyi hava əməliyyatlarında daha 9 PKK terrorçusu məhv edilib.
Bu haqda Baş qərargahın rəsmi Tvitter hesabından verilən açıqlamada deyilir.
Hava əməliyyatları 17, 18 və 19 iyul tarixlərində keçirilib.
İraqın şimalında iyulun 13-də keçirilən hava əməliyyatında isə "Dəlil Karakoçan” kod adlı Həsən Çakmak adlı terrorçunun da aralarında olduğu 3 terrorçu silah, sursat və narkotik maddələrin ticarəti zamanı öldürülüb.
Həsən Çakmakın PKK-nın lojistika üzrə cavabdeh şəxsi olduğu bildirilir.
İcmal.Az