Meksikada 8 aylıq hamilə qadın öldürülüb

OXUNUB: 178 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, noyabrın 26-da Meksikanın Nuevo Leon əyalətinin Eskobedo şəhərində mobil telefon tətbiqi ilə zəng etdiyi taksiyə mindikdən sonra itən 19 yaşlı, 8 aylıq hamilə olan gənc qadının cansız tapılıb. Nuevo Leon Əyalət Baş Prokurorluğundan verilən açıqlamada, 8 aylıq hamilə olan Martha adlı gənc qadının cəsədinin öldürülən başqa bir qadının cəsədi ilə birlikdə anbarda tapıldığı bildirilib. Martanın körpəsinin oğurlandığını açıqlayan Baş Prokurorluq, öldürülən digər qadının Marta ilə taksidə gedən 34 yaşlı dostu Klaudiya olduğunu bildirib. Oğurlanan körpənin taleyi hələlik məlum olmasa da, Baş Prokurorluq hadisə ilə bağlı istintaqın qadın qətli çərçivəsində aparıldığını və oğurlanmış körpənin axtarıldığını bildirib.

7NEWS.az

RƏYLƏR