Meksikada qatarın vurduğu neft tankeri partlayıb

OXUNUB: 205 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Meksikanın Tamaulipas əyalətində ABŞ-la sərhəddə yerləşən Syudad Viktoriya şəhərində qatar həmsərili keçiddən keçən neft yüklü tankerə çırpılıb. Zərbə nəticəsində baş verən partlayışdan sonra neft tankeri alov topuna çevrilib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib və yanğın qısa zamanda nəzarətə götürülüb. Qızıl Xaç Cəmiyyətinə bağlı tibb qrupları tankerin sürücüsünün bədəninin 90 faizinin yanıq olduğunu və ağır xəsarətlərlə xəstəxanaya aparıldığını bildiriblər.

7NEWS.az

RƏYLƏR