Meksikada tələbələr avtomobilləri yandırıblar

OXUNUB: 245 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Meksikanın Miçoakan əyalətində tələbələr keçən həftə avtobus yandırdıqları səbəbilə həbs olunan dostlarının sərbəst buraxılmasını tələb edərək etiraz aksiyası keçiriblər. Tələbələr əksəriyyəti pikap olan 10 avtomobili yandırıblar. Ştatın müxtəlif yerlərində nümayişlər keçirən tələbələr yandırdıqları maşınlarla Carapan və Paraço şəhərlərində bəzi yolları bağlayarkən, səlahiyyətlilər dostlarının sərbəst buraxılmayacağı təqdirdə daha çox avtomobili yandıracaqları ilə hədələyiblər.

7NEWS.az

RƏYLƏR