Məktəb xərcləri üçün pul yığmağı tapşıran direktorla bağlı araşdırma başladı – RƏSMİ + SƏS YAZISI

OXUNUB: 639 Özəl GÜNDƏM HADİSƏ
Bakı şəhərində yerləşən orta məktəblərdən birinin direktorunun səs yazısı yayılıb.

Belə ki, 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Kuliyeva qeyd edir ki, məktəbdəki xərcləri təmin edə bilmir:

"Siz fikirləşmirsiniz ki, məktəbin xərclərini nə ilə ödəməliyik?”, – deyə o, valideynlərə təzyiq edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məktəbin direktorunun səs yazısı ilə bağlı qurum tərəfindən müvafiq araşdırma aparılır:

"Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.



RƏYLƏR